Disney-in 21st Century Fox-u satın alması
"Disney"in "21st Century Fox"u satın alması – 20 mart 2019-cu ildə "The Walt Disney Company" şirkətinin "21st Century Fox" şirkətini 71 milyard ABŞ dolları qarşılığında satın alması.
"Disney"in "Fox"u almaq istədiyi ilk dəfə 14 dekabr 2017-ci ildə anons edilmişdi. Əvvəlcə müqavilənin 52 milyard ABŞ dollarını əhatə edəcəyi bildirilsə də, bu məbləğ "Comcast" ilə yaşanan rəqabətə görə 71,3 milyard ABŞ dollarına yüksəlmişdir. "Disney" "Fox"un təxminən 13.7 milyard dollarlıq borcunu da ödəmək məcburiyyətində olmuşdur.
Satınalma "Twentieth Century Fox", "Fox Searchlight Pictures", "Fox 2000 Pictures", "Fox Family" və "Fox Animation", "Twentieth Century Fox Television", "FX Productions" və "Fox21", "FX Newtorks", "National Geographic Partners", "Fox Networks Group International" və "Star India"nın, eləcə də, "Fox"un "Hulu", "Tata Sky" və "Endemol Shine Group"dakı səhmlərini də əhatə etmişdir.
Bununla yanaşı, "Simpsonlar", "İks-adamlar", "Avatar", "Fantastik dördlük", "Qriffinlər" kimi mediafranşizlər də "Disney"in ixtiyarına keçmişdir.